Qoxuların oyunu

İsti bir yataqda yatdığımı hiss edirəm. Otaq çox dincdir, yatırammı yoxsa oyanığammı bilmirəm. Otağın içində xoş ətirli qızarmış çörək qoxusu; közlenmiş kartof və şabalıd qoxusu var, araya göbələk qoxusu qarışır. Yaxşı amma anam heç göbələk bişirməz ki! Haradan qarışdı bu qoxu bilmirəm. Sobanın otağa verdiyi gözəl istiliklə gərnəşirəm, palıd odununun çıtırtısını eşidirəm. Əslində kömür yandırar anam, demək ki soba sönür alovlandırmaq üçün odun
Ardı →

Şeytanın duası

Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu.
Ardı →

Fərqində olmaq

İnsan, həyatın, hadisələrin, gedişatın fərqində olmalı.
Fərqi fərq etməli, fərq etdiyini də fərq etdirməməli bəzən
Bir damlacıq sudan necə yaradıldığını fərq etməli
Ana qarınına sığarkən dünyaya niyə sığmadığını və ən sonunda, bir
kvadrat metrlik yerə necə sığmaq məcburiyyətində qalacağını fərq etməli.
Bu çox geniş görünən dünyanın axirətə nisbətlə ana qarını kimi olduğunu
fərq etməli.
Ardı →

Luvina | Xuan Rulfo

«Cənubda başı göyə dirənən dağlar arasında ən hündür dağ Luvinadır. Luvina həm də o dağların ən daş – kəsəklisidir. Həmin bu dağ sanki bütünlükləəhəng daşından hörülüb. Ancaq indiyəcən Luvinada heç kim bu daşı əzib əhəng eləmək haqda fikirləşməyib. Burada əhəng daşına həmişə əl – ayağa dolaşan lazımsız bir şey kimi baxıblar. Yerli camaat bu daşa «vəhşi» daş deyir. Yəqin elə buna görədir ki, Luvinanın zirvəsinə aparan yamacın adı «vəhşi daşlar» adlanır. Günəş və külək buralarda daşın – torpağın qənimidir. Buraların ağappaq torpağı sanki işıq saçır. Elə bil bu torpaq səhər şehini canına çəkib, amma əridə bilmir. Əslində isə belə deyil. Burada səhər şehi deyilən şeyin nə olduğundan heç kimin xəbəri yoxdur. Çünki Luvinada gecə də, səhər də hava soyuqdur. Rütubət şehə çevrilib torpağa qonmağa imkan tapmamış dönüb bulud olur.
Ardı →

Ayaqqabıçı və uşaq

Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Hərçənd mallar lüks sayılmazdı amma, kiçik bir dükan üçün kafi idi. Onların ən gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı. Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə… Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sağ qismi, dizinin alt qisimindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar, sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan ayılıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:
Ardı →

Bağışla atacan

Evliliyindən bəri evində qalan atası üzündən yoldaşıyla davamlı mübahisə edirdi. Yoldaşı atasını istəmir və onun evdə bir artıqlıq olduğunu düşünürdü. Mübahisələr bəzən inanılmaz dərəcələrə çatırdı. Yenə belə bir mübahisə anında yoldaşı davanı son həddə çatdırdı və ya mən gedərəm, ya da atan bu evdə qalmayacaq deyərək şərt qoydu.
Yoldaşını itirməyi gözə ala bilməzdi. Atası üzündən çıxan mübahisələr xaricində xoşbəxt bir yuvası, sevdiyi və özünü sevən bir yoldaşı və birdə uşaqları vardı. Yoldaşı üçün çox mübarizə etmişdi evliliyi əsnasında. Ailəsini razı salmaq üçün çox çalışmış və çox problemlərlə qarşılaşmışdı. Hələ də onu dəlicəsinə sevirdi. Çarəsizlik içində nə edəcəyini düşündü və özünə görə bir həll yolu tapdı.
Ardı →

Gecə və gündüz

Bir müdrik kisi, çöldə şagirdləriylə oturarkən demiş ki;
— «Gecə ilə gündüzü necə fərqləndirirsiniz? Tam olaraq nə vaxt qaranlıq başlar, nə vaxt ortalıq aydınlanar?»
Şagirdlərdən biri;
— «Uzaqdakı sürüyə baxaram,» demiş, «Qoyunu keçidən ayıra bilmədiyim zaman axşam olmuş deməkdir.»
Başqa bir şagird söz deməyə icazə istəmiş və «Müəllimim» demiş, "Əncir ağacını, zeytun ağacından ayırdığım zaman, anlayaram ki səhər başlamışdır."
Müdrik adam, uzun müddət susmuş. Şagirdlər maraqlanmışlar və «Siz nə düşünürsünüz müəllimim?» deyə soruşmuşlar.
Müdrik adam belə demiş;
— «Gedərkən qarşıma bir qadın çıxdığında, gözəlmi- çirkinmi, qaramı- ağmı deyə ayırmadan ona „bacım“ deyə bildiyimdə və yenə gedərkən önümə çıxan kişini, zənginmi- yoxsulmu deyə baxmadan, millətinə, irqinə, dininə aldırmadan, „qardaşım“ saya bildiyimdə anlayaram ki; səhər olmuşdur, Aydınlıq başlamışdır...»



Davamı →

AD günün mübarək

İllər sonra oğlu evlənmiş,oğul-uşaq sahibi olmuş. Bir gün, gecənin
bir yarısı saat 3:30 radələri telefonu zəng çaldı. Telefondakı səs, anasının səsiymiş uşaq;
— Nə var Ana, nə istəyirsən bu saatda, niyə məni narahat edirsən? Səhər zəng vursan olmazdı? deyə, anasına kobud cavab verər. Anası, bir az kövrək, bir az da ağlamaqlı bir səs ilə;
— Bundan 25 il əvvəl də bir gecə yarısı 3:30 da sən məni narahat etmişdin.
" AD GÜNÜN MÜBARƏK OLSUN OĞULUM " demiş...


Ardı →

Ana ürəyi

Bir cavan oğlan daşürəkli bir qızı sevmiş və onunla evlənmək istəmişdi. Ancaq qız, qorxunc bir şərt irəli sürərək:
Sənin sevgini ölçmək istəyirəm, dedi. Bunun üçün də itimə yedirmək üzrə mənə ananın ürəyini gətirəcəksən.
Cavan, tüklər ürpərdən bu təklif qarşısında nə edəcəyini çaşmış və uzun bir tərəddüddən sonra hisslərinə məğlub olub anasını öldürməyə qərar vermişdi. Anası, bəlkə də vəziyyəti fərq etdiyi üçün oğuluna çox müqavimət göstərmədi. Və uşaq, anasını öldürərək ürəyini bir dəsmala qoydu. Cavan, qızın istəyini yerinə yetirmiş olmanın həyəcanıyla yolda qaçarkən, ayağı bir daşa ilişdi. Özü bir tərəfə, dəsmal içindəki ürək bir tərəfə atıldı. Canının ağrısından, ağızından istər istəməz" Ah anacığım! «sözleri töküldüyündə anasının tozlara bulanan və hələ soyumamış olan ürəyindən bir səs yüksəldi:
Ardı →