Ərköyün uşaq olduğunu göstərən 10 əlamət

1. Tez-tez hirslənirlər
Ərköyün uşaqlar çöldə, insan içində və hətta öz evində, tez-tez hirslənər, dayandıq yerdə qışqırmağa və ağlamaya başlar.

2. Əsla təmin olmaz
 Ərköyün uşaqlar əsla sahib olduqlarıyla kifayətlənməzlər və əlindəkilərlə əsla yetinməzlər. Əgər bir uşağın əlində başqa bir şey görsələr, mütləq onu istəyərlər.

3. Heç köməkçi deyil
Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz, amma bir uşaq 4-5 yaşına gəldiyində artıq öz oyuncaqlarını yığışdırmağa, öz ayaqqabılarını yerinə qoymağı öyrənməsi lazımdır. Amma ərköyün bir uşaq bu kiçik işləri belə etmək istəməz.

4. Böyüklərin diqqət mərkəzində olmağa çalışarlar
Yaşına baxmadan, bütün böyüklərin davamlı onlarla maraqlanmasını və onları dinləməsini istəyərlər.

5. Sizi insan içində utandırarlar
 Bəzi vəziyyətlərdə uşağınız sizi istəmədən utandıra bilər, amma ərköyün uşaqlar sizi bilərək və istəyərək insan içində utandırar və diqqəti cəlb etmə adına sizi alçaldacaq davranışlara yol verərlər.
Ardı →

Uşaqlar arasında qısqanclıq

Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur. Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır. 

Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir. Ailəyə yeni bir qardaş və ya bacının gəlməsi, bir uşaq üçün qəbul etməsi həqiqətən çox çətin olan bir vəziyyətdir. Uşağın yeni qardaş və ya bacısını qəbul edə bilməsi uşağın yaşı, ailənin uşaqla münasibəti və uşağın şəxsiyyətinin inkişafı və s. bu kimi bir çox faktorlardan asılıdır. Qardaş-bacı qısqanclığını tamamilə qarşısı alına bilməz. Çünki bu qisaqnclıq bir uşağın psixi inkişafı üçün önəmlidir. Buna görədə də bu qısqanclığı uşağın saglam inkişafı üçün sağlam rəqabətə çevirə bilərsiniz.

Əğər uşağınız yeni doğulmuş körpəyə müraciyətlə “kaş ki hec olmasaydın”, “sənə nifrət edirəm” və s. bu kimi ifadələr işlədirsə deməli artıq qısqanclıq baş qaldırıbdır. Bir çox hallarda uşaqlarda qısqanclıq reqresiya(geriyə dönüş) ilə müşahidə olunur, yəni uşaqlar körpə kimi sosqa əmmək,yatağını islatmaq, tək başına yemək yeməmək və s. kimi davranışlar göstərirlər.

Bəzi hallarda isə uşaqlar sevilmədiyini hiss edərək özlərinə qapanarlar. Heç kəslə ünsiyyətə girməzlər.Tez-tez müşahidə olunan davranış isə böyük uşaqların özlərindən kiçiklərə fiziki ziyan verməsidir(cimdikləmə,vurma, yerə atma və s).Uşağınızda bu cürə halları müşahidə edirsinizsə deməli artıq uşaqlar arasında qısqanclıq başlayıb.
Ardı →

Uşaqlarda depressiya

1. Pis əhval-ruhiyyə
Uşaq və ya yeniyetmə bir neçə həftə ərzində əgər qəmgindirsə və günün müəyyən saatlarında və ya müxtəlif günlərdə bu halı bir qədər dəyişirsə, bu, depressiyanın əlaməti deməkdir. Ümumi olaraq, onu əhatə edən mühitin dəyişməsinə baxmayaraq, onun qəmgin və bədbəxt halı hələ də qalmaqdadır.

Bəzən bu daimi xəstəliyi müəyyən etmək heç də asan olmur. Bəzən bu cür qız və ya oğlanlar onlarda olan bu dəyişikliyi boyunlarına almaq istəmirlər, onu gizlədirlər. Ola bilsin ki, depressiya bu cür oğlan və qızların ruhiyyəsində özünü başqa cür büruzə versin və qəmgin olmaqları çox da hiss edilməsin.

Məsələn, heç kimə yaxınlaşmamaq, heç nəyi bəyənməmək, sözə qulaq asmamaq kimi. Onu da demək lazımdır ki, hər sözə baxmayan və ya problem yaradan uşaq depressiyada deyildir. Ancaq yeniyetmələrin arasında bu xəstəliyə kifayət qədər çox rast gəlinir. Bəzən depressiya nigarançılıqla bir yerdə olur.

Bəzən də tibbin müəyyən edə bilmədiyi baş və ya mədə ağrısı kimi özünü göstərir. Bu zaman valideyn çox nigaran olur. Onlar çalışırlar ki, bu xəstəliyi uşağın orqanizmində axtarsınlar. Amma onun qəmgin olmasını heç nəzərə almırlar.
Ardı →

“Mən” dövrü

      “Artıq iqtidarlar, insanların arzu və istəklərini boğmaqla yox, bəsləməklə idarə edirlər” Bugünkü istehlakçı insan modeli, Ziqmund Freydin şüuraltının dərinliklərini açıqlamasından sonra meydana gəldi. İnsan, kütlə halında ikən çox aqressivləşə bilir, hökümətləri belə devirə bilirdi. Yəni, insanlar birləşdikləri zaman dövlətlərə qarşı güclü və təhlükəli idilər. Rusiyada olanlar bunun ən yaxşı örnəyi idi. Buna görə də kütlələri bölüb, idarə etmək üçün, elit bir təbəqəyə ehtiyac var idi. Bu təbəqə, psixoloji üsullarla kütlələrin şüuraltı duyğularını idarə etməliydi. İnsanlar; MƏN deməli, BİZ deməməli və əsla birləşməməli idilər. 


Ardı →

Bunları edərək özünüzü bədbəxt etməyin!

  

Gəlin, bu gündən yeni həyata başlayaq. Deyirlər ki, keçmişə qayıdaraq ötüb-keçənləri dəyişmək imtiyazı heç kəsə verilməmişdir. Amma hər birimiz aqibətimizi xeyirli və uğurlu edəcək yeni başlanğıc nöqtəsini seçə bilərik. Bunun üçün bəzi şeyləri həyatımızdan kənarlaşdırmalı, bizi durdura biləcək hərəkətləri etməkdən çəkinməliyik.

1.Sizə uyğun gəlməyən insanlara vaxtınızı sərf etməyin
Həyat çox qısadır. Enerjinizi tükədən, mənfəətləri üçün istifadə edən insanlara ömrünüzü sərf etməyə dəyərmi?! Kimsə sizi öz həyatında dəyərli biri kimi hesab edirsə, rahatlığınızı təmin edəcək hər bir şeyi edəcək. Daha kiminsə həyatında yer tutmağa bu qədər can atmağa ehtiyac qalmayacaq. Dəyərinizi aşağı salan, işinə yaramadıqda sizi alçaldıb, ehtiyac duyduqda üzr istəyərək yaltaqlanan insanlardan uzaq durun.

2.Sizi əhatə edən problemlərdən qaçmayın
Problemlə qarşılaşdıqda qaçmayın. Əksinə, onunla üz-üzə gəlin. Bilirəm, bu heç də asan deyil. Cəld reaksiya verərək çətinliyi anidən həll etmək iqtidarında deyilik. Çox vaxt çətinlik və problemlə qarşılaşdıqda kədərlənir, acı hiss edir, tənəzzülə uğrayır, depressiyaya düşürük. Həyatın bir mənası da məhz budur. Problemlə üzləşdikdə çıxış yolunu öyrənir, daxili potensialımızı kəşf edirik. Bizi insan edən də budur.


Ardı →

Vizual, audial, kinestik və diskrit

İnsanlar ətraf aləmdə baş verən hadisələri fəqli cür qavrayır, analiz edirlər. Baş verənlərə bir qrup insanlar daha çox dinamikliyə, formaya, məkana görə, başqa qrup insanlar səslərə, digərləri isə ətrlərə, hisslərə əsasən yanaşırlar. Bunlara əsasəsən insanları aşağıdakı qruplara bölürlər:
— Vizual
— Audial
— Kinestik
— Diskrit

Vizual tip insanlar daha çox təsvirlərə, obrazlara, formalara diqqət verir. Dünyanı görmə analizatorlarının vasitəsilə daha rahat dərk edirlər. Onlar öz nitqlərində daha çox görmə ilə hiss edələn fel, sifət, zərfliklər işlədəcəklər. ( gördüm ki, ilk baxışdan, al-əlvan və s.) Vizualların adətən baxışları yuxarıya yönəlmiş olmur. Səs-küy onlara mane olmur.

Vizuallar gördükləri hər bir şeyi yadda saxlamağa qadirdirlər, onlar kadrlarla yadda saxlayırlar. Vizuallar hər hansı məlumatı birbaşa mənbədən qeyd etməyi xoşlayırlar. Onlar bir yerdə durub insanları müşahidə etməyi üstün tutacaqlar. Onların diqqətini yayındırmaq daha çətin olur. Vizuallar yad məkana tez uyğunlaşırlar.Onlara verilən çətin tapşırıqları tez həll edirlər. düşünərkən mütləq nəyi isə cızacaq, əl altında qələm olarsa mütlər ondan kağız üzərində yazmaq üçün istifadə edəcəklər. Vizuallar danışarkən və ya eşidərkən deyilən sözləri obrazlaşdırırlar.
Ardı →

Uşaq “kaprizləri”nin səbəbi nədir?

Uşagın hər istədiyini yerinə yetirmək və davranışlarına sərhəd qoymamaq nə qədər düzgündür sualına çox zaman fərqli cavablar alırıq.
Xüsusilə, öz uşaqlıqlarını maddi sıxıntı və təzyiq altında keçirən ana-atalar “Mən çox sıxıntılar gördüm, uşaqlarım sıxıntı çəkməsin, sərbəst böyüsün .” kimi sözlər deyib uşaqlarının hər istədiyini yerinə yetirərlər; davranışlarına sərhəd qoymurlar. Belə olduqda düşünürlər ki, uşaqların gözü doyacaq və onlar xoşbəxt olacaqlar. Amma gözlədiklərinin tam əksiylə qarşılaşırlar.

Belə ki, uşaqlarının gözlərinin doymadıqlarını, əilndəkilərin qiymətini bilmədiklərini, söz eşitməyən, məsuliyyətsiz olduqlarını və ətrafdakı insalara hörmət qoymadıqlarını şahidi olurlar. Zamanla bu münasibəti özlərinə qarşı da hiss etməli olurlar. Bu zaman da “onlardan heç bir şey əksik etmədim, yemədim yedizdirdim, geymədim geyindirdim, onlara bir sillə belə vurmadım, niyə belə oldu?”- kimi paradoksal birsual ilə qarşı-qarşıya dururlar.

Çox vaxt belə uşaqlara “tərbiyəsiz” adını verirlər. Lakin bu düzgün olmayan tərbiyənin nəticəsidir. Ailə daxilində və xaricində nə etməli və nə etməməli olduqlarını ilk əvvəl uşaqlara valideynlər öyrətməlidirlər.
Davranışlarına sərhəd qoyulmayan uşaqlar, küçədə və dost çevrəsində adət etdiyi şəkildə sərbəst davranırlar, onlara qarşı verilən cavablara soyuq yanaşırlar.
Ardı →

Komplekslərin kompleks analizi

Kompleks- mənfi emosiyalarla, yarımçıq xatirələrlə və dumanlı meyllərlə əks olunan bir qrup davranışlar sistemidir ki, qeyri-ixtiyari insan şəxsiyyətinin daxili strukturunu formalaşdırır. Xarici struktur ilə daxili struktur heç də hər zaman bir-birinə uyğun olmur.

Bizim alt şüurumuzda qorxu, cəza, günah hissi kimi hallar formalaşır. Onların formalaşması zamanı aldığımız yanlış təəssüratlar, psixoloji travmalar bu hallarla sonradan qarşılaşdığımız zaman bizdə kompleksli davranış reaksiyaları yaradır. Həmin reaksiyalar cəmiyyət tərəfindən birmənalı qarşılanmadıqda bizdə mənfi hisslər yaranır. Cəmiyyətdə bu cür insanları “komleksləri var” adı ilə xarakterizə edirlər. Erkən yuaşda formalaşan bu komplekslər xarakteri, şəxsiyyətlərarası münasibətləri, emosional və iradi sferanı müəyyən edir. Bu cür psixoloji elementlər isə narahatedici və ya xəstəliyə çevriləcək simptomlara çevrilir.
Ardı →

Letargiya

Çox az-az hallarda eşitdiyimiz letargiya yuxusu kimi məlum olan dəhşətli bir xəstəlik bu günə qədər sirr olaraq qalır. Letargiya yuxusu insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq muayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan halıdır.

İnsanın dərisi solqunlaşır, soyuq olur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa reaksiya vermir. Bu halda insan huşunu itirir və naməlum müddətə yuxuya gedir. Tənəffüsünü və nəbzini xüsusi tibbi avadanlıqlar olmadan aşkar etmək mümkün olmur. Letargik yuxu bir neçə saatdan bir neçə həftəyə qədər, hətta illərlə davam edir.

Latergiya termini Encaphilitis Lethargica diaqnozundan götürülüb, mənası baş beynin infeksiyası nəticəsində yaranan halsızlıq deməkdir.

Tutmalar bir qayda olaraq q güclü sinir sarsıntısından və ya ciddi üzülmə nəticəsində qəflətən başlayır. Bu hal sağlam adamlarda da rast gəlinə bilər. Letargik yuxuya daha çox əsəbi cavan qadınlar məruz qalırlar.
Ardı →

Ailə münasibətlərinin pozulmasının uşaq psixikasına təsiri

Bir çox hallarda ailədə münaqişəli vəziyyət yaranır, bir-birini sevən iki insan müəyyən bir məqamda əks mövqelərdə olurlar. Bəzən bu məqamlar artmağa başlayır və nəticədə daimi xarakter alır. Bunları nə ilə izah etmək olar? Ailədə ixtilafların olması zəruridirmi? Görəsən elə ailə varmı, orada ixtilaf olmasın?

Birgə ailə həyatı zamanı fərqli ziddiyyətlər və ya problemlər yarana bilər. Bunlar iki fərqli insanların xarakterləri arasında formalaşan uyuşma üçün normal vəziyyətdir. Adətən belə hallar geyim tərzinin seçilməsində, ayrı mənzildə yaşamaq qərarında, uşağın təlim-tərbiyəsi zamanı, xanımın işə düzəlməsi istəyi ilə əlaqədar yaranır və onların həlli müəyyən ixtilaflarla bitir. Bu mənada el-oba içərisində deyirlər ki, söz- söhbətsiz ev olmaz.

Məsələnin psixoloji tərəfi ixtilafın mənəvi məzmunundadır. İxtilaf ailədə ünsiyyətin təzadlı tərəfi kimi meydana çıxır. Ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək istəyi, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi qarşı tərəfin müqaviməti ilə qarşılaşdıqda ünsiyyət ixtilaf kimi görünməyə başlayır. Ailənin formalaşdığı ilk mərhələdə açıq və ya gizli ixtilafların müşahidə olunması da məhz bununla bağlıdır.
Ardı →