Darıxmışam

Bir zamanlar                                 

Özüm kimi bir dağ idim

Öz mədənim vardı mənim

Öz çiçəyim,öz çəmənim vardı mənim

Şəlaləydim öz yatağım-

Əl-qoluma dardı mənim

Ulduz idim

Öz işığım vardı mənim

Tək özümə bənzəyirdim


Ardı →

Öldürmə məni

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.

 

Ölümüm min yerə yozulacadır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır,

Ümid ver yaşayım, öldürmə məni.

 


Ardı →

Kaş olmayaydı

      Ölümə nə var ki, birdəfəlikdi,

      Sevib ayrı düşmək, kaş olmayaydı.

      Nəğmələr quş kimi qanadlananda,

      Gözlərdən süzülən yaş olmayaydı.

 


Ardı →

Ey vay anam! | Məhəmməd Hüseyn Şəhriyar

Ölmüşsə də bu evə yenə gəlib gedir o
Yenə ayrıla bilmir yenə xidmət edir o
O bizim ömrümüzün hər anında yaşayır
O yenı paltar yuyur yenı odun daşıyır
Ölümündən sonra da özü görür hər işi
Anam!Biçarə anam!Evimizin Günəşi
Xeyr!Ölməyibdir o!Eşidirəm səsini
Üşüyənə duyuram yenə od nəfəsini
O atamın yanında torpağa basdırıldı
Gəli qohum əqraba başsağlığı verdilər
Dodaqlarda cümlələr kəlmə-kəlmə qırıldı
Göz yaşına qarışdı təsəllilər,ümidlər
Nə qədər ki mən sağam anam da sağdır mənim
Səsimdə, nəfəsimdə yaşayacaqdır mənim
Yaşayacaq qəmimdə,pərişan gülüşümdə
Heç ölərmi söyləyin,sual verin cahana
Şəhriyarı yetirən şir ürəkli bir ana?!
O sevgidən yoğrulmuş yanar qaynar bir ürək
Hara getsəm köksümdə mənimlə bir gedəcək
Davamı →

Tapdım səni

      Dedin:   Səni sevindirim! 

      Dedim:  Necə?

      Dedin:   Ölüb, bu dünyadan köçə-köçə.

                   İcazə ver, gözlərini qəbir seçim,

                   İcazə ver, gözlərindən dolum, keçim.

      Dedim:  Səni itirərəm, gözlərimə dolsan əgər,

                   Səni sənsiz ağlayanda, gözlərimdə olsan əgər.

                   İtirərəm ən qiymətli inci kimi,

                   İtirərəm gözümün sevinci kimi.

      Dedin:   Onda, icazə ver, saçlarında ağa dönüm,

                   Gecə kimi qara teldə, bir yanar çırağa dönüm.

      Dedim:   İtirərəm səni, qara tellər ağaranda,

                   Ağır olar, mənə ağır, səni belə axtaranda.

      Dedin:   Bəlkə ürəyinə dolum sənin?

                   Ömrüm boyu əbədiyyən olum sənin?

 

                   Susdum, Daha söz tapmadım,

                   Tapdım səni, tapdım bu an.

                   Gör, səni necə, nə yaman

                   Ürəkdən dəyişib zaman!

 

            Müəllifin kimliyini bilmirəm.

 


Davamı →

Ürək / B.Vahabzadə


 Ürək odur daim yana, 
 Od püskürə alovlana. 
 Od vermirsə qəlbə, cana 
 Demək o heç ürək deyil. 
 O heç mənə gərək deyil. 

  Əgər ki, sevinib gülmür, 
  Döyüntüsün heç kim bilmir, 
  Çırpıntısı eşidilmir 
  Demək o, heç ürək deyil. 
  O heç mənə gərək deyil. 

  Vətəniyçün lazım gəlsə 
  Polad kimi gərilməsə, 
  Torpağına sərilməsə 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil. 

  Neyləyirəm o ürəyi- 
  Yox arzusu bir diləyi!? 
  Bacarmırsa o sevməyi 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil!
Ardı →

Dostuma yazdığım..

Yuxu görürəm mən sanki beş aydı,
İnana bilmirəm bu gerçəkliyə.
Dünyadan köçən gül üzlü bacım,
Zəng edəcək sanki indicə mənə.

Görmək istəyirəm görə bilmirəm,
Ürəyim partlayır ölə bilmirəm
Əlimi uzatsam çata bilmirəm,
Çətindir ayrılıq dözə bilmirəm.

O gözəl gülüşü qulağımdadı,
Hələ son mesajı, hey ağlımdadı.
Gələcəm demişdi görməyə səni,
İnşallah demişdi qismət olmadı…
Davamı →

Davam edir 37...

Bu dünyada otun, suyun, torpağın da yaddaşı var.

Sındırılmış bir budağın, söndürülmüş ocağın da yaddaşı var.
 Ələk-vələk, darmadağın otağın da yaddaşı var.
 Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.
 Nallı çəkmə altındaca qolu çıxan kuklacığın,
 Miz üstündə yetim qalan bir qələmin,
 varağın da yaddaşı var.


 Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri,
 Qara günlər gətirərkən qan qırmızı geyənləri.
 Yox, unuda bilmərik biz xeyir cildi geyən şəri,
 Yüz minləri… qanunsuz və məhkəməsiz
 gülləbaran edənləri.

 Qorxa-qorxa yarım addım ata-ata,
Ayaq üstə yata-yata,
 Qurşağacan qanlı qara bata-bata
 sürgünlərə gedənləri.

 Ac, yuxusuz, nalan, üryan
  Min-min qoca, min-min cavan
  İş üstündə bir sümükdü, bir də dəri
  Yox unuda bilmərik biz
  Ac canavar iştahıyla yurdu söküb tökənləri,
 Bir dəstəni qana çəkən dəstəbaşı təkələri.
Ardı →

Tərpənmə, amandır, bala, qəflətdən ayılma! / Mirzə Ələkbər Sabir

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!


Tərpənmə, amandır, bala qəflətdən ayılma
Açma gözünü, xabi — cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Açsan gözünü, rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyhat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Göz nurudur uydu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir an sözündən,
Amma elə bərk yuxla ki, hətta get özündən,
Afaqı dutan şurü qiyamətdən ayılmna!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!


Davamı →

Bu sən deyilsən / Nüsrət Kəsəmənli

Bu sən deyilsən


Qayıdıb gəlmisən gözləri yaşlı,
Deyirsən, bir daha küsən deyilsən.
Hanı o vuqarın, o saymazlığın;
Yox, bu sən deyilsən, bu sən deyilsən. 

Getdiyim hər yeri güdən sən idin
Küsəndə aylarla itən sən idin
Çırpıb qapıları gedən sən idin
Yox bu sən deyilsən,bu sən deyilsən.

Deyirsən vaxt keçir, zaman gozləmir,
Dilin dediyini ürəyin demir.
Bu yalvaran gozəl sənə bənzəmir,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsən küsənlər barışar yenə,
Nə tez boyun əydin beş günlük qəmə?
Özündən razılıq yaraşır sənə,
Yox, bu sən deyilsən, bu sən deyilsən. 

Dərdlisən, dərdini get danış suya,
El açma, alçalma mən verən paya,
Elə bil dilənçi gəlib qapiya,
Yox, bu sən deyilsen, bu sən deyilsən.
Davamı →